...

Millinin növbəti rəqibi müəyyənləşib

İdman Materials 21 Yanvar 2020 13:37 (UTC +04:00)

Bakı. Trend:

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib.

AFFA-dan Trend-ə bildirilib ki, Azərbaycan millisi martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti