...

Formula 1 mövsümü Bakıda başlaya bilər

İdman Materials 13 Mart 2020 10:38 (UTC +04:00)
Bu həftə keçirilməsi nəzərdə tutulmuş Avstraliya Qran-prisi təxirə salınıb
Formula 1 mövsümü Bakıda başlaya bilər

Bakı. Trend:

2020-ci il Formula 1 mövsümü Bakıda başlaya bilər.

Trend-in məlumatına görə, bu barədə “Red Bull” komandasının idman məsləhətçisi Helmut Marko fikir bildirib.

Qeyd edək ki, bu həftə keçirilməsi nəzərdə tutulmuş Avstraliya Qran-prisi təxirə salınıb. Bundan əvvəl isə Çin Qran-prisi ləğv edilmişdi.

H.Marko bildirib ki, Monako Qran-prisinə qədər bütün mərhələlərin təxirə salınması gözlənilir.

Nəticədə Formula 1 mövsümünün iyunun 7-də Azərbaycan Qran-prisi ilə başlaması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti