...

"Selta"nın futbolçusu karantin rejimini pozduğuna görə 60 min avro cərimələndi

İdman Materials 17 May 2020 22:13 (UTC +04:00)
"Selta"nın futbolçusu karantin rejimini pozduğuna görə 60 min avro cərimələndi

Bakı. Trend:

İspaniyanın "Selta" futbol klubu danimarkalı yarımmüdafiəçi Pione Sistonu karantin rejimini pozduğuna görə 60 min avro cərimələyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu koronavirus pandemiyası dövründə və klubun icazəsi olmadan şəxsi avtomobilində Kopenhagenə gedib.

Bildirilir ki, bu cərimə "Selta" klubunun tarixindəki ən böyük məbləğli cərimə olub.

Qeyd edək ki, P.Sisto 2016-cı ildə Danimarkanın "Midtyuland" klubundan "Selta"ya keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti