...

Edinson Kavani "İnter"ə keçə bilər

İdman Materials 20 May 2020 07:46 (UTC +04:00)
Edinson Kavani "İnter"ə keçə bilər

Bakı. Trend:

Fransanın PSJ futbol klubunun uruqvaylı hücumçusu Edinson Kavani İtaliyanın "İnter" klubuna keçə bilər.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu jurnalist Canluka Di Martsio bildirib.

Onun sözlərinə görə, uruqvaylı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi yayda bitir.

Bildirilir ki, "İnter" daha əvvəl "Napoli"nin oyunçusu Dris Mertensi transfet etmək istəyirdi, amma o klubda qalmağı seçib.

Qeyd edək ki, 2019/20 mövsümündə E.Kavani PSJ-nin heyətində 22 oyun keçirib və 8 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti