...

Neymar yayda Barselonaya qayıtmaq fikrindədir

İdman Materials 8 İyun 2020 09:04 (UTC +04:00)
Neymar yayda Barselonaya qayıtmaq fikrindədir

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" klubunun braziliyalı futbolçusu Neymar yay transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Trend-in xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşrinə mənbə deyib.

Mənbənin sözlərinə görə, braziliyalı futbolçu "Barselona"ya qayıtmaq istəyir. Neymar bir il əvvəl "Barselona"ya qayıtmağa yaxın idi, amma sonra klublar qiymət barədə razılığa gələ bilmədi.

Nəşr bildirir ki, hazırda isə Paris klubu pandemiya səbəbilə Neymarın transfer qiymətini azaltmaq niyyətindədirlər.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkə müqaviləsi 2020-ci ilin yay mövsümünədək nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti