...

Futbol üzrə İtaliya çempionatında "Yuventus" "Kalyari"ya məğlub oldu

İdman Materials 30 İyul 2020 03:15 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasının 37 turu başa çatıb.

Trend-in məlumatına görə, bu turda "Kalyari" 2:0 hesabı ilə "Yuventusa" qalib gəlib.

Qolları Luka Qalyano (8-ci dəqiqə) və Covanni Simeone (45+2) vurublar.

Turnir cədvəlində "Kalyari" 45 xalla 13-cü yerə yüksəlib.

38-ci turda avqustun 1-də "Kalyari" qonaq olaraq "Milan"la, "Yuventus" isə eyni gündə "Roma" ilə qarşılaşacaqlar.

Xatırladaq ki, dünən sona çatan turda "Torino" "Romaya" 2:3 hesabı ilə məğlub olub, "Fiorentina" isə "Bolonya"ya 4:0 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti