...

"İnter" və "Sevilya" Avropa Liqasının finalında oynayacaq

İdman Materials 18 Avqust 2020 01:14 (UTC +04:00)
"İnter" və "Sevilya" Avropa Liqasının finalında oynayacaq

Bakı. Trend:

İtaliyanın "İnter" futbol klubu Avropa Liqasının yarımfinal oyununda Ukraynanın "Şaxtyor" komandasını 5: 0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Almaniyanın Düsseldorf şəhərində keçirilib.

Qollar Lautaro Martineü (19, 74-cü dəqiqə), Danilo D'Ambrozio (64) və Romelu Lukaku (78, 84) tərəfindən vurulub.

Finalda "İnter" İngiltərənin "Mançester Yunayted"i məğlub edən İspaniyanın "Sevilya" komandası ilə oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti