...

2024-cü il Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi şəhər açıqlanıb

İdman Materials 7 Dekabr 2020 02:46 (UTC +04:00)
2024-cü il Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi şəhər açıqlanıb

Bakı. Trend:

2024-cü il Dünya Şahmat Olimpiadası Budapeştdə keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat verib.

Qərar FIDE-nin Baş Assambleyası tərəfindən qəbul edilib..

Macarıstan paytaxtı Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Yarış Budapeştə ilk dəfə 1926-cı ildə təşkil olunub və qeyri-rəsmi status daşımış turnirin qalibi Macarıstan olub.

Ümumdünya Şahmat Olimpiadası FIDE üzvü olan yığmalar üçün keçirilən komanda yarışıdır. Turnir ilk dəfə rəsmi statusla 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunub. Olimpiada 1950-ci ildən iki ildə bir dəfə gerçəkləşir. 2016-cı il Olimpiadasına Bakı şəhəri ev sahibliyi edib. Daha sonra şahmatçılar 2018-ci ildə Gürcüstanda bir araya gəliblər.

Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Lakin Rusiyadakı yarış koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti