Bakı. Orxan Nəbiyev - Trend:
İspaniyanın "Barselona" futbol klubunun keçmiş prezidenti Jozep Mariya Bartomeu polis tərəfindən saxlanılıb.
Trend-in məlumatına görə, əməliyyat zamanı polislər daha 2 nəfəri saxlayıb.
Qeyd olunub ki, J.M.Bartomeu klubda ona qarşı çıxan futbolçuları və digər əməkdaşları sosial şəbəkələrdə tənqid etmək üçün bir şirkətə müraciət etməkdə şübhəli bilinir.
Klubun ofisində axtarışlar aparılır.