...

Komandamız “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında 2-ci qızıl medalı qazanıb

İdman Materials 18 Mart 2021 22:19 (UTC +04:00)
Komandamız “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında 2-ci qızıl medalı qazanıb

Bakı. Trend:

Tunisdə keçirilən “Tunis 2021 World Para Athletics Grand Prix” yarışlarında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, F55 kateqoriyasında iştirak edən Oloxan Musayev nüvə itələmə növündə 11.57 m nəticə göstətərək qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, bununla komandamızın bu turnirdə 2-ci qızıl medalı qazanır.

Qeyd edək ki, Oloxan Musayev artıq Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti