...

Güləşçimiz Cəbrayıl Hacıyev Avropa çempionu oldu

İdman Materials 18 May 2021 22:12 (UTC +04:00)
Güləşçimiz Cəbrayıl Hacıyev Avropa çempionu oldu

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 70 kq-da çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.

Moldova güləşçisiylə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Cəbrayıl ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti