...

Avropa çempionatında atletlərimiz qızıl və gümüş medallar qazanıblar

İdman Materials 2 İyun 2021 23:35 (UTC +04:00)

Bakı. Trend:

Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək, yarışın qızıl medalını qazanıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bildirilib.

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə daha bir idmançısı, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək, yarışın gümüş medalını qazanıb.

Beləliklə millimizin çempionatda qazandığı medalların sayı 3-ə çatıb. Daha öncə T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti