...

Gənc şahmatçımız Qran-Pri turnirində üçüncü yeri tutub

İdman Materials 3 İyun 2021 02:08 (UTC +04:00)
Gənc şahmatçımız Qran-Pri turnirində üçüncü yeri tutub

Bakı. Trend:

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə uğurla çıxış edib.

Trend-in məlumatına görə, təmsilçimiz 11-ci turda almaniyalı Elizabet Paets ilə heç-heçə edib. Beləliklə, xalların sayını 6,5-ə çatdıran şahmatçımız Qran-Prini 3-cü yerdə başa vurub. Turnirin qalibi 8,5 xalla qazaxıstanlı şahmatçı Jansaya Abdumalik olub. İkinci yeri 7 xalla Ukrayna təmsilçisi Mariya Muzıçuk tutub.

Qeyd edək ki, yarışda dünyanın 12 güclü zəka sahibi mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti