...

Uels - Türkiyə oyununun hakimləri açıqlanıb

İdman Materials 14 İyun 2021 14:34 (UTC +04:00)
Uels - Türkiyə oyununun hakimləri açıqlanıb

Bakı. Trend:

AVRO-2020-nin A qrupunun II turunda Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.

Trend-in məlumatına görə, matçı Portuqaliya Futbol Federasiyasından Artur Diaş idarə edəcək. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək göstərəcək. Dördüncü hakim funksiyasını Polşa Futbol Federasiyasında Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə Joau Pineyro (Portuqaliya) olacaq.

İyunun 16-ı keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti