...

AVRO-2020: Portuqaliya Macarıstanı məğlub edib

İdman Materials 15 İyun 2021 23:03 (UTC +04:00)
AVRO-2020: Portuqaliya Macarıstanı məğlub edib

Bakı.Trend:

Portuqaliya yığması Avropa futbol Çempionatının qrup mərhələsinin ilk turunda Macarıstan komandasını 3:0 hesabı ilə məğlub edib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, görüş Budapeştin "Ferens Puşkaş" stadionunda keçirilib.

Qolları Rafael Gerreyro (84-cü dəqiqə) və Kriştianu Ronaldo (86, penaltidən; 90 + 2) vurublar. Ronaldo tarixdə beş Avropa çempionatında yarışan ilk oyunçu olub. Portuqaliyalı Avropa çempionatında 11 qol vuraraq fransız Mişel Platininin turnir tarixində ən çox qol vurma rekordunu (9) yeniləyib.

Xəbər lenti

Xəbər lenti