...

Kolumbiya və Argentina yığmaları Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıblar

İdman Materials 4 İyul 2021 07:43 (UTC +04:00)
Kolumbiya və Argentina yığmaları Amerika Kubokunun yarımfinalına vəsiqə qazanıblar

Bakı. Trend:

Bu gün futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.

Trend-in məlumatına görə, ilk oyunda Kolumbiya yığması Uruqvay millisi ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Reqlamentə əsasən, 90 dəqiqəlik oyundan sonra bərabərlik olduğu təqdirdə, penalti seriyası təyin edilir.

Penalti seriyasında Kolumbiya yığması 4:2 hesabı ilə rəqibini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Digər oyun Argentina və Ekvador milliləri arasında baş tutub. Oyun Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Rodriqo de Paul (40-cı dəqiqə), Lautaro Martines (84-cü dəqiqə) və Lionel Messi (90+3-cü dəqiqə) vurublar.

L.Messi oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, yarımfinal mərhələsində Argentina yığması iyulun 7-si Kolumbiya millisi ilə qarşılacaq. Digər yarımfinal matçı iyulun 6-sı Braziliya və Peru arasında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti