...

Dünya kubokunda azərbaycanlı şahmatçılar ermənilərlə qarşılaşacaq

İdman Materials 15 İyul 2021 10:56 (UTC +04:00)
Dünya kubokunda azərbaycanlı şahmatçılar ermənilərlə qarşılaşacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün Rusiyanın Soçi şəhərində şahmat FIDE Dünya kubokunun ikinci mərhələsi start götürür.

Trend-in məlumatına görə, kişilər arasında 1/64 final mərhələsində üç azərbaycanlı şahmatçı mübarizə aparır.

Turnirin birinci mərhələsində finlandiyalı rəqibini üstələmiş Vasif Dürarbəyli rusiyalı Aleksandr Predke ilə qarşılaşacaq.

Dünya kubokuna ikinci mərhələdən başlayan Nicat Abasovla Şəhriyar Məmmədyarovun da rəqibləri məlum olub.

N.Abasov ermənistanlı Şant Sarqsyanla, Ş.Məmmədyarov isə Braziliya şahmatçısı Krikor Mexitaryanla qarşılaşacaq.

Eyni zamanda, qadınlar arasında yarışda 1/32 final mərhələsində Gülnar Məmmədova gürcüstanlı Lela Cavaxişvili, Günay Məmmədzadə isə sloveniyalı Laura Unukla üz-üzə gələcək.

Turnirin reqlamentinə əsasən, şahmatçılar bir-biri ilə iki görüş keçirir, heç-heç olacağı təqdirdə sürətli və blitz şahmat oyunlarından ibarət pley-off keçirilir.

Xəbər lenti

Xəbər lenti