...

Tokio-2020: Rəfael Ağayev yarımfinala çıxdı (ƏLAVƏ OLUNUB)

İdman Materials 6 Avqust 2021 14:15 (UTC +04:00)
Tokio-2020: Rəfael Ağayev yarımfinala çıxdı (ƏLAVƏ OLUNUB)

Bakı. Orxan Nəbiyev - Trend:

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev qrup mərhələsinin üçüncü görüşündə Qazaxıstan idmançısı Nurkanat Ajikanovla qarşılaşıb.

Trend-in məlumatına görə, R.Ağayev rəqibini 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Qrup mərhələsinin son görüşündə Ağayev italiyalı Luici Buza ilə qarşılaşacaq.

***

13:32

Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ikinci görüşündə Avstraliya idmançısı Tsuneari Yahiro ilə qarşılaşıb.

Trend-in məlumatına görə, R.Ağayev 5:0 hesabı ilə rəqibinə qalib gəlib.

Növbəti görüşlərdə karateçimiz Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.

***

12:30

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate üzrə yarışlar start götürüb.

Trend-in məlumatına görə, 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ilk görüşdə almaniyalı rəqibi Nikolas Bitçlə qarşılaşıb.

O, rəqibini 2-1 hesabı ilə üstələyib.

Növbəti görüşlərdə karateçimiz Avstraliya idmançısı Tsuneari Yahiro, Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti