...

"PSJ" sahibinin qardaşı Messi ilə danışıqların başa çatdığını deyib

İdman Materials 7 Avqust 2021 08:56 (UTC +04:00)
"PSJ" sahibinin qardaşı Messi ilə danışıqların başa çatdığını deyib

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" klubu argentinalı hücumçu Lionel Messi ilə danışıqları bitirib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində klub sahibinin qardaşı Həlifə ben Həmad Əl-Tani bildirib.

Məlumatda qeyd olunub: "Danışıqlar rəsmən başa çatıb. Elan daha sonra veriləcək". Həmin yazıya futbolçunun "PSJ" formasında şəkli əlavə edilib.

Qeyd edək ki, avqustun 5-də "Barselona" klubu L.Messinin getməsi barədə rəsmi açıqlama verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti