...

Tokio 2020: Azərbaycan karateçisi ikinci oldu

İdman Materials 7 Avqust 2021 16:20 (UTC +04:00)
Tokio 2020: Azərbaycan karateçisi ikinci oldu

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Trend-in məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.

Beləliklə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev, karateçilər Rafael Ağayev və İrina Zaretska, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və güləşçi Mariya Stadnik yazdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti