...

Çelsi ikinci dəfə UEFA Superkubokunu qazandı

İdman Materials 12 Avqust 2021 02:22 (UTC +04:00)
Çelsi ikinci dəfə UEFA Superkubokunu qazandı

Bakı. Trend:

İngiltərənin "Çelsi" klubu UEFA Superkuboku uğrunda görüşdə İspaniyanın "Vilyarreal"ını penaltilər seriyasında məğlub etdi.

Trend TASS-a istinadən xəbər verir ki, görüş İrlandiyanın paytaxtı Belfastdakı "Windsor Park" stadionunda baş tutub.

Qarşılaşmanın əsas vaxtı və əlavə iki hissə 1:1 hesabı ilə başa çatdı. "Çelsi"dən qolu Hakim Ziyeş (27 -ci dəqiqə), "Vilyarreal"dan isə Xerard Moreno (73) vurublar.

"Çelsi" UEFA Superkuboku uğrunda beşinci dəfə oynayır və tarixdə ikinci dəfə bu kuboku qazanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti