...

Güllə atıcılığı idman növü üzrə milli paralimpiya komandamız Tokio şəhərinə yola düşüblər

İdman Materials 22 Avqust 2021 20:11 (UTC +04:00)
Güllə atıcılığı idman növü üzrə milli paralimpiya komandamız Tokio şəhərinə yola düşüblər

Bakı. Trend:

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güllə atıcılığı idman növü üzrə milli komandamız Tokio şəhərinə yola düşüblər.

Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güllə atıcılığı idman növü üzrə milli komandamız bu gün Yaponiyanın paytaxtı Tokio şəhərinə yola düşüblər.Ölkəmizi bu idman növü üzrə 2 idmançı: Yelena Taranova və Kamran Zeynalov təmsil edəcək.

Qeyd edək ki, artıq Milli Paralimpiya Komandasının 4 idman növü üzrə nümayəndə heyəti Tokio atletlər kəndindədir.
İdmançılarmıza uğurlar arzu edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti