Bakı. Trend:
Milli paralimpiya komandamızın üzvü Pərvin Məmmədov bürünc medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (-49 kq) 156 kq ağırlıq qaldıraraq Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bürünc medalını qazandı.