...

Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıdıb (FOTO/VİDEO)

İdman Materials 7 Sentyabr 2021 11:02 (UTC +04:00)
Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıdıb (FOTO/VİDEO)

Bakı. Fərid Zöhrabov - Trend:

Bu gün Milli Paralimpiya Komandasının bir qrup üzvü vətənə qayıdıb.

Trend-in məlumatına görə, Tokio 2020 Yay Paralimpiya Oyunlarında komandamızın atletika idman növü üzrə təmsilçiləri Lamiyə Vəliyeva, Yulia Yanovskaya, güllə atıcılığı idman növü üzrə təmsilçiləri Yelena Taranova və Kamran Zeynalov vətənə qayıdıblar.

Qeyd edək ki, Lamiyə Vəliyeva həm qızıl, həm də gümüş medal qazanan idmançımızdır.

Paralimpiyaçılarımızı hava limanında azarkeşlər və KİV nümayəndələri qarşılayıb.

İdmançılarımız yarışlarla bağlı öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti