...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Salyanda keçirilib (FOTO)

İdman Materials 14 Oktyabr 2021 14:04 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Salyanda keçirilib (FOTO)

Bakı. Trend:

AFFA-nın və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 14 oktyabr 2021-ci il tarixdə Salyan rayonunda keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonundaVətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilib.

Salyan rayonunun Kürkəndkəndində keçirilmiş bu günkü tədbirdə 50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Jalə Əhmədova, Arzu Nağıyev, Sabir Hacıyev və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əhmədova, Arzu Nağıyev və Sabir Hacıyev çıxış ediblər. Tədbirdə çıxış edənlər 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər. Bu günkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti