...

"Barselona" müvəqqəti məşqçi təyin edib

İdman Materials 28 Oktyabr 2021 16:25 (UTC +04:00)
"Barselona" müvəqqəti məşqçi təyin edib

Bakı. Orxan Nəbiyev - Trend:

İspaniya "Barselona" klubunun keçmiş futbolçusu, hazırda "Barselona B"ni çalışdıran Serxi Barxuan klubun baş məşqçi vəzifələrini icra edən təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Kataloniya klubu "Twitter" səhifəsində bildirib.

İspaniya mətbuatının yazdığına görə, Serxi klubun digər əfsanəsi Xavi Ernandesin baş məşqçi təyin olunmasınadək vəzifədə qalacaq.

Hazırda "Barselona" rəhbərliyi ilə Xavi arasında danışıqların getdiyi bildirilir.

Qeyd edək ki, niderlandlı baş məşqçi Ronald Kumanın ötən gün "Rayo Valyekano"ya məğlubiyyətdən sonra vəzifədən azad edilmişdi.

Xavi isə hazırda Qətərin "Əl-Sədd" klubuna rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti