...

Qətər klubu Xavi Ernandesi "Barselona"ya buraxıb

İdman Materials 5 Noyabr 2021 15:39 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Qətərin "Əl-Sədd" futbol klubu ispaniyalı baş məşqçi Xavi Ernandeslə müqaviləyə xitam verib.

Trend-in məlumatına görə, bu barədə klubun baş direktoru Türki Əl-Əli bildirib.

Xavinin yaxın saatlarda "Barselona" ilə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, "Barselona" oktyabrın 28-də Ronald Kumanın baş məşqçi vəzifəsindən azad edilməsindən sonra Xavi ilə razılaşsa da, "Əl-Sədd" ispaniyalı məşqçini buraxmaqdan imtina edirdi.

Hazırda "Barselona"ya müvəqqəti olaraq Serxi Barxuan rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti