...

"Barselona" Xavi ilə 4 illik müqavilə barədə razılığa gəlib

İdman Materials 6 Noyabr 2021 03:40 (UTC +04:00)
"Barselona" Xavi ilə 4 illik müqavilə barədə razılığa gəlib

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubu baş məşqçi Xavi ilə 4 illik müqavilə barədə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə "Mundo Deportivo" qəzeti xəbər verir.

Xatırladaq ki, Qətərin "Əl-Sadd" klubu komandanın baş məşqçisi Xavinin "Barselona"ya keçidinə razılıq verib.

Mənbənin məlumatına əsasən, Xavi "Barselona"nın baş məşqçisi kimi oktyabrın 8-i keçiriləcək mətbuat konfransı zamanı təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti