...

İspaniya La Liqası: “Barselona” Xavinin rəhbərliyi altında ilk oyunda qələbə qazanıb

İdman Materials 21 Noyabr 2021 02:15 (UTC +04:00)
İspaniya La Liqası: “Barselona” Xavinin rəhbərliyi altında ilk oyunda qələbə qazanıb

Bakı. Trend:

"Barselona"nın futbolçuları İspaniya çempionatının 14-cü turunda "Espanyol" komandasını 1:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Barselonanın "Kamp Nou" stadionunda keçirilib.

"Barsa"ya kataloniya dərbisində qələbəni 48-ci dəqiqədə penaltını dəqiq yerinə yetirən Memfis Depay gətirib.

Bu nəticədən sonra "Barselona" 20 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. "Espanyol" 17 xalla 11-ci yerdədir.

"Barselona" üçün bu oyun Xavinin rəhbərliyi altında ilk matç olub. Komandanın 41 yaşlı keçmiş yarımmüdafiəçisi noyabrın 6-da klubun yeni baş məşqçisi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti