...

ÇL: "Lill" "Zaltsburq"u, "Sevilya" "Volfsburq"u məğlub edib

İdman Materials 24 Noyabr 2021 02:10 (UTC +04:00)
ÇL: "Lill" "Zaltsburq"u, "Sevilya" "Volfsburq"u məğlub edib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Fransanın "Lill" klubu Avstriyanın "Zaltsburq" klubunu qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahibi komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Conatan Devid vurub.

"G" qrupunun digər matçında İspaniyanın "Sevilya" klubu öz meydanında Almaniyanın "Volfsburq" klubunu 2:0 hesabı ilə məğlub edib. Qolları Joan Jordan (13-cü dəqiqə) və Rafael Mir (90+7) vurublar.

Beş turdan sonra 8 xalla qrupa "Lill" liderlik edir. İkinci yerdə "Zaltsburq" (7 xal), üçüncü yerdə "Sevilya" (6 xal), dördüncü yerdə isə "Volfsburq" (5 xal) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti