...

İspaniya La Liqası: "Real" 11 oyundan sonra məğlub oldu

İdman Materials 2 Yanvar 2022 19:42 (UTC +04:00)
İspaniya La Liqası: "Real" 11 oyundan sonra məğlub oldu

Bakı. Trend:

Futbol üzrə İspaniya La Liqasının 19-cu turu çərçivəsində "Hetafe" öz meydanında "Real"ı qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 9-cu dəqiqədə Enes Ünal vurub.

"Hetafe" La Liqada son 6 oyunda məğlub olmayıb (3 qələbə və 3 heç-heçə) və 18 xalla turnir cədvəlində 16-cı yerdədir.

"Real" isə 11 oyundan sonra La Liqada ilk dəfə məğlub olub. Kral klubu 46 xalla turnir cədvəlində liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti