...

İtaliya çempionatı: "Milan" "Roma"nı məğlub edib

İdman Materials 6 Yanvar 2022 23:56 (UTC +04:00)
İtaliya çempionatı: "Milan" "Roma"nı məğlub edib

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 20-ci turu çərçivəsində “Milan” doğma meydanda “Roma”nı 3:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qarşılaşma "San-Siro" stadionunda keçirilib.

Qalib komandanın heyətində qolları Olivye Jiru (8-ci dəqiqə, penalti), Junior Messias (17) və Rafel Leau (82) fərqləniblər. "Roma"nın heyətində Temmi Abraham (40) fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti