...

"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi

İdman 15 Yanvar 2022 18:34 (UTC +04:00)
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FIFA) Fransanın "Marsel" klubuna növbəti iki transfer pəncərəsində yeni futbolçuların qeydiyyatını qadağan edib.

Trend-in məlumatına görə, bu barədə "L'Equipe" qəzeti xəbər yayıb.

Məlumata əsasən, qərar bu ilin yayında qüvvəyə minəcək.

Bildirilir ki, "Marsel" klubu bununla əlaqədar İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, Fransanın "Marsel" klubu UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Azərbaycanın "Qarabağ" klubunun rəqibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti