...

“Qarabağ” - “Marsel” klubları arasında cavab oyununun biletlərinin satışı dayandırılıb

İdman Materials 20 Fevral 2022 16:04 (UTC +04:00)

Bakı. Trend:

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransanın “Marsel” klubları arasında keçiriləcək cavab oyununun biletlərinin satışı dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti bildirib.

Bildirilib ki, sabah - fevralın 21-i saat 11:00-dan biletlər yenidən satışda olacaq.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Görüş saat 21:45-də başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti