...

Mənim rəhbərliyimdə "Barselona"nın qapıları Messi üçün həmişə açıqdır - Xavi

İdman Materials 20 Mart 2022 05:01 (UTC +04:00)
Mənim rəhbərliyimdə "Barselona"nın qapıları Messi üçün həmişə açıqdır - Xavi

Bakı. Trend:

"Barselona"nın baş məşqçisi Xavi Lionel Messinin komandaya qayıtmasını istəyib-istəməməsi ilə bağlı sualı cavablandırıb.

Trend-in "AS"a istinadən verdiyi məlumata görə, Xavi L.Messinin tarixin ən yaxşı futbolçusu adladırıb.

"O, tarixin və klub tarixinin ən yaxşı oyunçusudur. Nə qədər ki, mən məşqçiyəm, qapılar onun üzünə açıqdır. Amma onun PSJ ilə müqaviləsi var, ona görə də sizə çox şey deyə bilmərəm", - deyə "Barselona"nın baş məşqçisi bildirib.

Qeyd edək ki, argentinalı hücumçu bu mövsüm PSJ-nin heyətində 26 oyuna çıxıb. L.Messi iştirak etdiyi oyunlarda 7 qol vurub və 11 qolla nəticələnən ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti