...

Kərim Benzema növbəti dəfə “Real”a qələbə qazandırdı

İdman Materials 18 Aprel 2022 01:08 (UTC +04:00)
Kərim Benzema növbəti dəfə “Real”a qələbə qazandırdı

Bakı. Trend:

Madridin "Real" futbol klubu İspaniya çempionatının 32-ci turu çərçivəsində "Sevilya"nın qonağı olub.

Trend xəbər verir ki, oyunda hesabı ev sahibləri açıb. Eks "barsalı" Rakitiç 21-ci dəqiqədə "Real"ın qapısına yol taıb. Oyunun 25-ci dəqiqəsində Erik Lamela hesabdakı hesabdakı fərqi iki topa çatdırıb. Birinci hissə bu hesabla başa çatıb.

İkinci taymda oyunun gedişatını tam dəyişən "Real" üç qol vuraraq meydanı qalib tərk edib. "Kral klubunun" heyətində 50-ci dəqiqədə Rodriqo, 83-cü dəqiqədə Naço Fernandes, qələbə qolunu isə artırılmış ikinci dəqiqədə Kərim Benzema vurub.

Beləliklə rəqibini 3:2 hesabı ilə məğlub edən "Real" 75 xalla turnir cədvəlində liderliyini möhkəmləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti