...

Münhen "Bavariyası" ardıcıl olaraq 10-cu dəfə futbol üzrə Almaniya çempionu olub

İdman Materials 23 Aprel 2022 22:34 (UTC +04:00)
Münhen "Bavariyası" ardıcıl olaraq 10-cu dəfə futbol üzrə Almaniya çempionu olub

Bakı. Trend:

Münhenin "Bavariya" futbol klubu ardıcıl olaraq 10-cu dəfə Almaniya çempionu olub.

Trend xəbər verir ki, şənbə günü Almaniya çempionatının 31-ci turu çərçivəsində doğma meydanda Dortmund “Borussiya”sını qəbul edən "münhenlilər" 3:1 hesabı ilə qalib gələrək vaxtından əvvəl çempionluq sevincini yaşayıb.

"Bavariya"nın heyətində qolları Serj Qnabri (15-ci dəqiqə), Robert Levandovski (34) və Camal Musiala (83) vurub. "Dortmundlular"ın yalnız bir qola gücləri çatıb. Əmrə Can 52-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərib.

Bu qələbə ilə "Bavariya" 31 oyundan 75 xal toplayıb və eyni oyundan 63 xal qazanan "Borussiya" üçün əlçatmaz olub. Çempionatın sonuna kimi komandalar daha üç görüş keçirəcək. Hətta üç qələbə qazandığı halda, "Borussiya" yalnız 72 xal toplaya biləcək.

Qeyd edək ki, "Bavariya" Almaniya çempionatında ən çox titul qazanan komandadır - "münhenlilər" 32 dəfə ölkə çempionluğunu bayram ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti