...

"Real Madrid" 35-ci dəfə İspaniya çempionatının qalibi oldu

İdman Materials 30 Aprel 2022 20:19 (UTC +04:00)
"Real Madrid" 35-ci dəfə İspaniya çempionatının qalibi oldu

Bakı. Trend:

Bu gün futbol üzrə İspaniya çempionatının 34-cü turu çərçivəsində "Real Madrid" öz meydanında "Espanyol"u qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Rodriqo (33-cü və 43-cü dəqiqələr), Marko Asensio (55) və Kərim Benzema (81) vurublar.

Bu qələbədən sonra "Real Madrid"in xallarının sayı 81-ə çatıb. Kral klubunun turnir cədvəlində ən yaxın izləyicisi "Sevilya"nın 64 xalı var və çempionatın yekunlaşmasına qədər "Real Madrid"i keçmək şansı yoxdur.

Bu səbədən "Real Madrid" vaxtından əvvəl İspaniya çempionatının qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti