Bakı. Trend:
Türkiyə çempionatının 36-cı turu çərçivəsində “Beşiktaş” - “Fənərbahçe” derbisi baş tutub.
Trend xəbər verir ki, “Vodafone Park” arenasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı matçın altıncı dəqiqəsində “Fənərbahçe”nin çexiyalı müdafiəçisi Filip Novak açıb. Üç dəqiqə sonra "Beşiktaş"-lı Mişi Batşuayi penalti zərbəsini qola çevirə bilməyib.
Matçın 31-ci dəqiqəsində “Beşiktaş” yenidən penalti vurmaq hüququ qazanıb. Bu dəfə Rəşid Ghezzal 11 metrlik zərbəni dəqiq vuraraq hesabı bərabərləşdirib.
Görüşdən sonra "Fənərbahçe" 69 xalla turnir cədvəlinin ikinci pilləsində, "Beşiktaş" isə 55 xalla 7-ci yerdə qərarlaşıb.