...

Kiber İdman üzrə Avropa çempionatı çərçivəsində “Tekken7” yarışına start verildi (FOTO)

İdman Materials 27 May 2022 20:14 (UTC +04:00)
Kiber İdman üzrə Avropa çempionatı çərçivəsində “Tekken7” yarışına start verildi (FOTO)

Bakı. Trend:

Avropanın ən güclü 17 kiber atleti “Tekken7” yarışmasının final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Kiber İdman üzrə Avropa çempionatının “Tekken7” yarışlarına start verilib.

RİNN-dən Trend-ə bildirilib ki, “Tekken7” üzrə Azərbaycan, Türkiyə, Fransa, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Şimali Makedoniya, Monako, Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, Uels, Malta və İsveçdən ümumilikdə 17 iştirakçı mübarizəyə başlayıb.

27 mayda “Bakı Kristal Zalı”nda start götürən çempionatın qalibləri 28 may tarixində bəlli olacaq.

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Qeyd edək ki, "Teknofest" mayın 29-a qədər davam edəcək.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti