...

Messi karyerasında 40-cı mükafatını qazanıb

İdman Materials 2 İyun 2022 05:57 (UTC +04:00)
Messi karyerasında 40-cı mükafatını qazanıb

Bakı. Trend:

Fransa "PSJ"sinin argentinalı hücumçusu Lionel Messi karyerasında 40-cı mükafatını qazanıb.

Trend xəbər verir ki, ötən gün "Amerika Kuboku 2021"-in qalibi ilə 2020-ci il Avropa çempionatının qalibinin qarşılaşdığı "Finalissima" oyununda Argentina millisi İtaliya millisini 3:0 hesabı ilə məğlub edib.

Hücumçu matç ərzində iki məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliya millisi isə son 5 ilin ən iri məğlubiyyətini yaşayıb. Belə ki, sonuncu dəfə "Squadra adzura" bu hesabla məğlubiyyətə 2017-ci ildə İspaniya ilə oyunda yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti