...

UEFA Millətlər Liqası: İspaniya və Portuqaliya komandaları heç-heçə edib

İdman Materials 3 İyun 2022 00:48 (UTC +04:00)
UEFA Millətlər Liqası: İspaniya və Portuqaliya komandaları heç-heçə edib

Bakı. Trend:

Futbol üzrə İspaniya milli komandası Millətlər Liqasının A Divizionunun 2-ci qrupunun ilk turunda Portuqaliya yığması ilə heç-heçə edib.

Trend-in məlumatına görə, İspaniyanın Sevilya şəhərinin "Benito Villamarin" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Qolları Alvaro Morata (25-ci dəqiqə), Rikardu Orta (82-ci dəqiqə) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti