...

Sadio Mane "Liverpul"la müqaviləsini yeniləmək niyyətində deyil

İdman Materials 5 İyun 2022 03:58 (UTC +04:00)
Sadio Mane "Liverpul"la müqaviləsini yeniləmək niyyətində deyil

Bakı. Trend:

İngiltərənin "Liverpul" klubunun Seneqallı hücumçusu Sadio Mane klubla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmayıb.

Trend xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumatlı mənbəyə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, hücumçu başqa komandaya keçməyə hazırlaşır. Futbolçu "Liverpula" mövqeyini dəyişə biləcəyi hər-hansı bir şərt qoymayıb.

Sadio Mane bu mövsüm "Liverpul"un heyətində 51 oyuna çıxıb, 23 qol vurub və 2 məhsuldar ötürmə edib."Transfermarkt" portalının məlumatına görə, hücumçunun bazar dəyəri 80 milyon avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti