...

Beynəlxalq Avtomobil Federasiyası Bakı trekində yoxlamalara başlayıb

İdman Materials 8 İyun 2022 11:55 (UTC +04:00)
Beynəlxalq Avtomobil Federasiyası Bakı trekində yoxlamalara başlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq tam gücü ilə davam edir. Bakı halqası artıq tam hazır vəziyyətə gətirilib. Bu gün yarış treki Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərəfindən Beynəlxalq Avtomobil Federasiyasına (FIA) yoxlanış üçün təhvil verilib.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq yoxlanışdan sonra FIA tərəfindən təhvil veriləcək Bakı treki 9 iyun tarixində yarışa tam hazır olacaq.

Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti