...

F1 tamaşaçıları üçün bu gün Pit zolağında gəzinti şansı

İdman Materials 9 İyun 2022 09:32 (UTC +04:00)
F1 tamaşaçıları üçün bu gün Pit zolağında gəzinti şansı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində saat 12:00-dan 13:30-a kimi Pit zolağında gəzinti olacaq.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.

Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar “Pit” zolağında gəzintisində iştirak edə biləcəklər.

Bakı Şəhər Halqası yarışı yaxından izləmək və unudulmaz anlar yaşamaq istəyən tamaşaçıları 2022 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti