Bakı. Trend:
İsraildə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Makkabi” (Təl-Əviv) - “Zirə” oyunu başa çatıb.
Trend-in məlumatına görə, Təl-Əvivdəki "Blumfild" stadionunda keçirilən oyun heç-heçə ilə başa çatıb - 0:0.
Qarşılaşmanı Xorvatiyadan olan baş hakim Mario Zebets idarə edib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda İsrail təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Beləliklə, "Zirə" klubu UEFA Konfrans Liqasında öz mübarizəni dayandırıb.