Konya.Trend:
V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə qrup
hərəkətlərində çoxnövçülükdə Azərbaycan komandası qızıl medal
qazanıb.
Trend-in məlumatına görə, komandaya Daria Sorokina, Kamilla
Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan,
Zeynəb Qummətova daxil olub.
Xatırladaq ki, bundan əvvəl fərdi proqramda çıxış edən gimnastlar
Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova komanda
hesabında İslamiadanın “qızıl”ını qazanmışdılar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya
şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan
56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14
yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355
medal təqdim olunacaq.
Foto: Zaur Mustafayev