...

UEFA PSJ və "Marsel"i maliyyə feyr-pleyini pozduqlarına görə cəzalandıracaq

İdman Materials 20 Avqust 2022 01:11 (UTC +04:00)
UEFA PSJ və "Marsel"i maliyyə feyr-pleyini pozduqlarına görə cəzalandıracaq

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransanın PSJ və "Marsel" klublarını maliyyə feyr-pleyini pozduğuna görə cəzalandıracaq.

Trend xəbər verir ki, bu barədə "L'Équipe" qəzeti məlumat yayıb.

Məlumata əsasən, ötən ilin iyun ayından UEFA-nın klublara maliyyə nəzarəti orqanı Paris klubunu son üç maliyyə ilində 30 milyon avronu keçən itkilərə görə izləyir. “Marsel”in itkiləri elə də ciddi məbləğ təşkil etmir.

Hər iki Fransa klubu maddi cəhətdən cəzalandırılacaq. Klublar daha ciddi sanksiyaların qarşısını almaq üçün növbəti üç mövsümdə vəziyyəti düzəltməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti