...

Şahmatçılarımız liderlər qrupunda qərarlaşıblar

İdman Materials 22 Avqust 2022 07:30 (UTC +04:00)

Bakı. Trend:

Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatında təmsilçilərimiz uğurla çıxış edirlər.

Trend xəbər verir ki, iki turdan sonra Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva maksimum xalla liderlər qrupunda qərarlaşıblar.

Gülnar Məmmədova, Ləman Hacıyeva 1,5, Gövhər Beydullayeva 1, Xanım Balacayeva, Səbinə İbrahimova 0,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti