...

İspaniya La Liqası: "Barselona" səfərdə "Sevilya"nı darmadağın edib

İdman Materials 4 Sentyabr 2022 02:30 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının dördüncü turunun növbəti oyununda “Barselona” komandası “Sevilya” klubuna alib gəlib.

Trend-in məlumatına görə, oyun Sevilya şəhərinin "Ramon Sançen Pisxuan" stadionunda keçirilib.

Qaliblər komandanın heyətində Rafinya, Robert Levandovski və Erik Qarsiya fərqləniblər.

Bu oyundan sonra Kataloniya klubu on xal toplayaraq ölkə çempionatının turnir cədvəlində ikinci yerə qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti